Qəhvə kateqoriyası üzrə menecer

Qəhvə kateqoriyası üzrə menecer

Chaykoff-Gutenberg

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    11 dekabr 2024

"Chaykoff" (Gutenberg) çay, qəhvə, şokolad və aksesuarların satışı üzrə ixtisaslaşmış şirkətdir. Məhsul çeşidimizi genişləndirmək məqsədilə "Qəhvə kateqoriyası üzrə menecer" axtarırıq. Bu şəxs qəhvə kateqoriyasının idarə edilməsinə və bu istiqamətin inkişafına cavabdeh olacaq.

Vəzifələr:

  • Satınalma: Qəhvə təchizatçılarını araşdırmaq, seçmək və onlarla danışıqlar aparmaq. Səmərəli şərtlərlə müqavilələrin bağlanması.
  • Merçendayzinq: Mağazalarda qəhvənin düzgün və cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək.
  • Marketinq: Bu kateqoriyada olan məhsulların marketinqi, tanıtımı istiqamətində marketinq şöbəsi ilə sıx əməkdaşlıq etmək.
  • Logistika və distribusiya: Tədarük və məhsulun mağazalar arasında paylanmasını koordinasiya etmək.
  • Analiz və planlaşdırma: Satışları təhlil etmək, qəhvə bazarının trendlərini izləmək, tələbatı proqnozlaşdırmaq.
  • Çeşidin idarə edilməsi: Məhsul xəttinin formalaşdırılması, çeşidin yenilənməsi və inkişaf etdirilməsi.
  • Təlimlər: Satış heyəti üçün qəhvənin növləri, xüsusiyyətləri və hazırlanma üsulları üzrə təlimlərin keçirilməsi.

Tələblər:

  • Kofe və ona yaxın sahələrdə minimum 3 il iş təcrübəsi
  • Qəhvə bazarı, trendlər və istehlakçı zövqləri haqqında məlumatlı olmaq
  • Kommunikasiya və danışıqların aparılması bacarığı
  • Məlumatların təhlili, hesabatlarla işləmək və qərarları rəqəmlərə əsasən qəbul etmək bacarığı
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyə yönümlülük.
  • Rus və ingilis dilləri böyük üstünlükdür (xaricdə olan partnyorlarla iş və materialların təhlili üçün)

Təklif edirik:

  • Dinamik inkişaf edən şirkətdə mehriban bir kollektivdə işləmək imkanı
  • Kateqoriyanın formalaşdırılmasına təsir etmək və öz ideyalarınızı həyata keçirmək şansı
  • Rəqabətli əmək haqqı və nəticələrə görə bonuslar
  • Peşəkar inkişaf və karyera yüksəlişi

Şikayət et

Elan #510815

Kateqoriya Digər

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox