Naxçıvan nümayəndəliyinin rəhbəri

Naxçıvan nümayəndəliyinin rəhbəri

PASHA Insurance

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Sığorta

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    16 noyabr 2024

Vəzifə və öhdəliklər

  • Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi
  • İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə  nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi
  • Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və  bu barədə tabe olduğu departamentə malumat verilməsi
  • Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi
  • Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması
  • Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə  tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi

Biliklər

  • Ali təhsil -  Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis dili biliyinə üstünlük verilir

Təcrübə

  • Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi 
  • Sığorta sahəsi üzrə müvafiq sertifikasiya və  iş təcrübəsinə üstünlük verilir

Bacarıqlar

  • Ünsiyyət qurmaq bacarığı
  • Dəqiqlik
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
  • Mübahisəli məsələləri idarə etmək bacarığı
  • Stressə davamlılıq
  • İdarəetmə bacarığı

Son müraciət tarixi: 16/12/2024.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin. 

Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox