Collezione Italia
Bakı,
Mühasibat
900 - 1000 AZN
Tam ştat
28 avqust 2021
“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən mühasibləri öz ailəsinə qatmağa hazırdır.
Şirkət Maliyyə şöbəsi üzrə “mühasib” vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında mühasibat hesabatlarının tərtib olunması;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
• Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;
İş şəraiti:
• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 10:00-19:00
• Əməkhaqqı 900 - 1000 manat
• Cinsi - kişi
• Yaş həddi : 23-35
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Bu əməliyyatı etmək üçün daxil olun
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.