Kredit mütəxəssisi (Təcrübə proqramı)

Kredit mütəxəssisi (Təcrübə proqramı)

GL ASC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Part-time

  • Yerləşmə tarixi

    03 sentyabr 2024

Şirkət haqqında:

   2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

   İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

GL ASC-dən  Bakı şəhərində və Regionlarda  yerləşən filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı elan edir.

  • Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.
  • Təlimdən uğurla keçən namizədlər yarımştat işçi kimi götürüləcək əmək haqqı və bonus veriləcək

Qeyd: Təcrübə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər tam ştat işə qəbul ediləcəklər.

Vəzifə öhdəlikləri:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Vəzifə şərtləri:

  • Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan sonuncu kurs tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

İş qrafiki: Part-time (yarım gün)

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması;
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;
  • Ə/h+bonus
  • Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox