İT hüquqların idarə edilməsi şöbəsinin mütəxəssisi

İT hüquqların idarə edilməsi şöbəsinin mütəxəssisi

Kapital Bank

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    23 may 2024

Rol Haqqında

Kapital Bankın İT hüquqların idarə edilməsi şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün bankın sistemlərinə müvafiq girişləri təmin edəcək,detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Bizimlə Işləməyin Üstünlükləri

  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər

  • Bank sistemlərində istifadəçi adlarının və hüquqlarının idarə edilməsi;
  • Fayl serverdə istifadəçi hüquqlarının, qovluqların, yaddaş limitinin (kvota) və fayl tipi məhdudiyyətlərinin idarə edilməsi;
  • AD kataloqunda istifadəçi adlarının və hüquqlarının idarə edilməsi;
  • İstifadəçi adları və hüquqları ilə bağlı daxil olmuş sorğuların icra edilməsi;
  • İstifadəçi hüquqlarının mütəmadi olaraq monitorinqinin aparılması;
  • Gücləndirilmiş e-imza sertifikatları ilə əməliyyatların icrası:Sertifikatların alınması, əməkdaşlara təhvil-təslim verilməsinin təmin edilməsi;
  • İşdən ayrılan və ya vəzifə dəyişikliyi ilə bağlı sertifikatların geri çağrılması, uzadılması və s. bundan irəli gələn əməliyyatların icrası.

Tələblər

  • Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
  • Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı, rus və ingilis dili arzuolunandır.
  • Digər səriştələr: Komanda ilə iş bacarığı və öyrənmə həvəsi yüksək səviyyədə olması məqbul hesab edilir.
Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox