İstedadların İdarə Edilməsi və Təşkilati İnkişaf istiqaməti üzrə Assistent (Müvəqqəti)

İstedadların İdarə Edilməsi və Təşkilati İnkişaf istiqaməti üzrə Assistent (Müvəqqəti)

PASHA Bank

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    12 dekabr 2024

Təsvir:

  • Bank üzrə İstedadlar Xəritəsinin yaradılması, inkişaf proqramlarının təsdiqi və icrası;
  • Davamçıların yetişdirilməsi və HİPO hovuzunun yaradılması;
  • Fəaliyyətin qiymətləndirilməsi, bacarıqların qiymətləndirilməsi və davranış müsahibələri kimi müxtəlif metodlardan istifadə edərək yüksək potensiallı işçiləri müəyyən etmək üçün qiymətləndirmələrin aparılması;
  • İşçilərin gələcək lider rolları üçün potensialını qiymətləndirmək məqsədi ilə müxtəlif qiymətləndirmə alətlərindən istifadə edilməsi;
  • Təşkilat daxilində işçilərin fəaliyyətini və liderlik potensialını qiymətləndirmək üçün 9 qutulu şəbəkə (9 box grid) kimi istedadın qiymətləndirilməsi alətlərinin hazırlanması; 
  • Gələcək liderlərin inkişafını dəstəkləmək məqsədi ilə təlim sessiyaları, seminarlar, kouçinq sessiyaları və mentorluq proqramlarının təşkil edilməsi;
  • Orta və yuxarı rəhbərlik üçün liderlik inkişaf proqramının təşkil edilməsi;
  • Təşkilatın fəaliyyətinə və strateji məqsədlərə olan təsirinə əsaslanaraq, biznes üçün kritik rolları müəyyən etmək və prioritetləşdirmək məqsədilə yuxarı rəhbərlik və İR Biznes Partnyorlar ilə əməkdaşlıq edilməsi;
  • Dəyişən biznes ehtiyacları və prioritetlərinə uyğun olmasını təmin etmək üçün istedad hovuzunun mütəmadi olaraq yenilənməsi.

Tələblər:

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
  • Tələb olunan iş təcrübəsi: 0-1 il (Fəaliyyətin İdarə Olunması, Davamçıların yetişdirilməsi və ya digər İR sahələri);
  • Lisenziya / Sertifikat: CİPD / SHRM arzu olunandır;
  • Xarici dillər: İngilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office, Power Point, SAP Success Factors;
  • Məhsul üzrə biliklər: Davamçıların yetişdirilməsi, liderlik potensialının müəyyənləşdirilməsi üzrə qiymətləndirmənin aparılması;
  • Başqa tələblər: Ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox