Superfon
Bakı,
Hüquqşünas
Razılaşma ilə
Tam ştat
22 sentyabr 2020
İş yeri: Bakı;
İş təcrübəsi:Minimum 2-il;
Təhsil: Ali hüquqi təhsil;
Yaş həddi: 25 və ya üzəri.
İşin təsviri: Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərinin icra edilməsi.
Vəzifə öhdəlikləri:
• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika,nəqliyyat,satış,) hazırlanması, əmtəə nişanları, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
• Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Məhkəmə proseslərində şirkət nümayəndəsi kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, məhkəmə çıxışları və s.) hazırlanması, məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda şirkətin mənafeyinin etibarlı müdafiəsini təmin edilməsi;
• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
• Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
• Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
• Daşınmaz əmlak, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
Bu əməliyyatı etmək üçün daxil olun
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.