Hüquq üzrə Mütəxəssis

Hüquq üzrə Mütəxəssis

PASHA Capital

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    19 sentyabr 2024

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin müştəriləri, tərəfdaşları və təchizatçıları ilə bağlanılan müqavilələrdə hüquqi risklərin müəyyən edilməsi məqsədi ilə onların təhlil edilməsi və zərurət yarandıqda yeni müqavilələrin hazırlanması;
  • Şirkətin fəaliyyətinin hüquqi aspektləri ilə bağlı yaranan sorğu və sualların cavablandırılması;
  • Yeni investisiya məhsullarının və xidmətlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına dair araşdırmaların aparılması ilə əlaqədar komanda işində iştirak;
  • Qanunvericilik yenilikləri ilə əlaqədar buraxılışların hazırlanması;
  • Daxili normativ sənədlərin hazırlanması habelə hazırlanmış sənədlərin hüquqi ekspertizası;
  • Məktubların, əmrlərin və digər sənədlərin tərtibatı, hazırlanmış sənədlərə hüquqi rəy verilməsi;
  • Hüquqi araşdırmaların aparılması və rəylərin hazırlanması;
  • Qiymətli kağızlar bazarının fərqli istiqamətləri üzrə beynəlxalq hüquqi praktikanın araşdırılması və təkliflərin tərtibi;
  • Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Təhsil: Hüquq sahəsi üzrə bakalavr təhsili, maqistr arzuolunandır;
  • İş təcrübəsi: Maliyyə sektorunda, normayaratma, mülki o cümlədən müqavilə idarəçiliyi sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office, Word, Excel;
  • Ünsiyyət qurma bacarıqları; 
  • İngilis dili (səlis), Azərbaycan dili (səlis), rus dili (arzu olunandır).

Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox