Elektron öyrənmə materiallarının hazırlanması üzrə layihə meneceri

Elektron öyrənmə materiallarının hazırlanması üzrə layihə meneceri

Gravity Inc. MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Digər

  • Maaş

    1700 - 2300 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    12 may 2023

  • Layihəyə cəlb olunacaq işçi heyətinin ştat cədvəlinin formalaşdırılması, işçi heyəti üzrə vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi, işçi heyətinin layihəyə cəlb edilməsi və onların inkişafı üçün mütəmadi təlimlərin keçirilməsi;
  • Komanda üzvlərinin vəzifələrini, rolları və funksiyalarının müəyyənləşdirilməsi, işlərin effektiv şəkildə aparılmasına nəzarət edilməsi;
  • Layihənin və mövcud elektron platformanın tələblərinə, həmçinin hədəf bazarının ehtiyaclarına cavab verən məhsul strategiyasının hazırlanması;
  • Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
  • Verilmiş layihələrin tələb və məqsədlərinə uyğun olaraq risk cədvəlinin və digər zəruri sənədlərin hazırlanması;
  • Təlim və tədris materiallarının meyarlara uyğun hazırlanması məqsədilə son istifadəçi, həmçinin əmək bazarı ehtiyaclarının müəyyən edilməsi üçün təhlilinin aparılması;
  • Hazırlanacaq təlim və tədris materiallarının istifadəçi ehtiyaclarına cavab verməsi üçün istifadəçi testinin keçirilməsi, rəylərə əsasən materialların inkişaf etdirilməsi;
  • Hazırlanacaq təlim və tədris materiallarında istifadə olunacaq dizayn elementlərinin istifadəçi ehtiyaclarına cavab verməsi, standartlara uyğun olmasını təmin etmək üçün dizayn komandası ilə əməkdaşlıq;
  • Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsi, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
  • Tələb olunan sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
  • Gündəlik, həftəlik, aylıq iş planının qurulması və layihələrin mütəmadi monitorinqinin aparılması və bütün məqamlarla bağlı məlumatların detallı şəkildə aidiyyatı şəxslərə ötürülməsi;
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi;
  • Layihənin icrası zamanı lazımi bütün sənədlərin hazırlanması, görülmüş işlər üzrə hesabatların verilməsi və layihə üzrə təhvil-təslim prosesinin təmin edilməsi;
  • Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi.

 

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Elektron öyrənmə materiallarının hazırlanması üzrə layihə meneceri” qeyd etmələri xahiş olunur.

Şikayət et

Elan #502730

Kateqoriya Digər

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox