Web Project Manager/Product Owner

Web Project Manager/Product Owner

Bureau Veritas Azerbaijan

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    1200 - 2000 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    14 yanvar 2022

Qısa məlumat:


11 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən, son illərdə SaaS və veb tətbiqləri üzrə ixtisaslaşan Prosper MMC-nin Proqram Təminatı komandası Məhsul Portfelinin İdarə olunması üzrə Menecer (Web Project Manager/Product Owner) üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı menecer axtarışındadır. 

 

Vəzifə: Web Project Manager/Product Owner

Əmək haqqı: Vakantın təcrübəsinə uyğun olaraq bonuslarla birgə 1200 – 2000 AZN


İş qrafiki : Həftədə 5 gün. Qeyd, layihələrin gedişatına və tələblərinə uyğun olaraq şənbə günü müəyyən hallarda iş günü ola bilər.

 

Hansı növ/tip layihələr üzərində çalışırıq?

  • Korporativ saytlar
  • Veb tətbiqlər (web application)

Əsas komanda üzvləri kimlərdən ibarətdir?

Layihə meneceri, Dizayner, Front-end üzrə proqram təminatçıları, Back-end üzrə proqram təminatçıları, QA üzrə proqram təminatçıları.

Komanda daxili hansı alətlərdən istifadə edirik?

- Figma, Slack, GitLab, WhatsApp, Loom      


  • Sifarişçi ilə görüşlərin və müsahibələrin keçirilməsi;
  • Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması;
  • İstifadəçi rollarını, istifadəçinin xəritəsini (user map), istifadəçinin funksionallığını müəyyənləşdirmək;
  • Figma proqramında prototip hazırlamaq və Loom proqramı üzərində video təqdimatını hazırlamaq
  • Texniki tapşırıqların yazılması və komanda/müştəri ilə bölüşülməsi;
  • Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
  • Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və problemləri aşkarlamaq üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
  • Məhsulun və layihənin inkişafı üçün yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları proqram təminatı komandası və layihə rəhbəri ilə müzakirə etmək;
  • Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun istifadəyə buraxılmasının planlaşdırılması və icra olunması;
  • Layihələrlə bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə izləmək və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
  • Sifarişçinin məmnuniyyətini artırmaq üçün layihənin gedişatını və son məhsulun keyfiyyəti barədə araşdırma etmək və nəticələri komanda ilə bölüşmək;
  • Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.

 Tez tez verilən suallar:

- Sizinlə frilans işləyə bilərəmmi?


- Bəli işləyə bilərsiniz, layihənin həcmindən asılı olaraq məvacibi razılaşdıra bilərik.

Əlaqə:

hr@prosper.az

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.


Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.


Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Web Project Manager/Product Owner” qeyd etmələri xahiş olunur. 

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox