Ticari marketinq meneceri

Ticari marketinq meneceri

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    15 dekabr 2020

İş barədə:

Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:
- Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
- Ticari marketinq fəaliyyətinin idarə edilməsi;
- Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
- Marka strategiyalarına uyğun promosiya və kampaniyalar təklif etmək;
- Bazar araşdırmaları etmək;
- Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi;

- Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi;
- Pərakəndə satış nöqtələri üçün marketinq strategiyalarının inkişaf etdirilməsi;
- Şirkətin marketinq hədəflərinə uyğun penetrasiyanın təmin edilməsi və bu məqsədlə satış ediləcək nöqtələrin müəyyənləşdirilməsi;
- Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
- Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq;
- Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması;
- Dağıtım, sərgiləmə, rəf, mağazadakı fəaliyyət planlarının yaradılması və onların ən effektiv şəkildə həyata keçirilməsi üçün yoxlama (checklist) sisteminin qurulması və təqib edilməsi.

Təhlil və hesabat üzrə:
- Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
- Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
- Rəqibləri araşdırmaq və təhlil etmək, lazımi hesabatları rəhbərliyə təqdim etmək;
- Qiymətlərin yerləşdirilməsi baxımından rəqib qiymətlərini təhlil edərək, rəqabətli qiymət strukturunun yaradılması;
- Bazar məlumatlarının təhlil edilməsi;
- Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması;

İş vaxtının norması:

- 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox