Restoran meneceri

Restoran meneceri

Hasme Store

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Restoran işi

  • Maaş

    1300 - 1800 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    22 iyul 2024

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

Pizza Mizza MMC ailəsi, restoranlarımızın səmərəli fəaliyyətinə rəhbərlik edəcək və yüksək keyfiyyətli xidmət təmin edəcək Restoran Meneceri axtarır. Bu vəzifə restoranın gündəlik əməliyyatlarını idarə etməklə yanaşı, satış hədəflərinə çatmaq, işçi heyətinin inkişafına və müştəri məmnuniyyətinin təmin edilməsinə yönəldilmişdir.

İdeal namizəd restoran idarəçiliyində 1-3 il təcrübəyə, yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqlarına malikdir. O, analitik düşüncə tərzi və problemləri həll etmək qabiliyyəti ilə seçilir, maliyyə və büdcə ilə işləmək təcrübəsinə, qida təhlükəsizliyi və gigiyena standartları üzrə biliklərə sahibdir.

Restoran Meneceri restoranın performansını izləyir və təkmilləşdirir, işçi heyətinin vəzifə öhdəliklərini düzgün yerinə yetirməsini təmin edir. Bu rolda, restoranın texniki və təmirat ehtiyaclarını idarə etmək, sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək və müştəri məmnuniyyətini artırmaq əsas vəzifələrdəndir. O, həmçinin işçi heyətinin inkişafını təmin etmək üçün təlimlər keçirir və onların səmərəli işləməsini təmin edir. SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət edir və müxtəlif vəzifələrdə komanda üzvlərinə dəstək göstərir.

 “Pizza Mizza” MMC-yə Restoran meneceri tələb olunur.

  Tələblər:

  • Müvafiq sahədə (restoran meneceri, direktoru və ya administratoru kimi) 1-3 il təcrübə
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
  • Yaş 25-40
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı
  • Güclü liderlik və idarəetmə bacarıqları.
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
  • Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
  • Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
  • Fərqli növbələrdə işləmək bacarığı.
  • Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.
  • Vəzifələr:
  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
  • Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat  sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
  • Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
  • İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
  • Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
  • Müştəri rəylərini izləmək və həll etmək
  • Restoranın satış planının icrasını təmin etmək.
  • Xərcləri idarə etmək.
  • Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
  • SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
  • Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
  • Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
  • Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
  • •         Müştəri məmnuniyyəti üçün çalışmaq.

İş şəraiti:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Karyera inkişafı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 6 günlük iş rejimi.
  • Nahar şirkət tərəfindən təqdim edilir.
  • Əmək haqqı 1300-1800 azn
  • Əlavə iş saatına görə ödəniş
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #79457

Kateqoriya Restoran işi

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox