Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti/baş mütəxəssisi

Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti/baş mütəxəssisi

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    12 sentyabr 2024

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
  • Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
  • Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
  • Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
  • Audit yoxlaması zamanı tədbirlər planını icra etmək , icrasına nəzarət etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək;
  • Sığorta məhsulu üzrə yeni şəhadətnamə formalarının və onunla əlaqəli sənədlərin yaradılması və ya mövcud şəhadətnamə formasına və onunlar əlaqəli sənədlərə dəyişikliklərin edilməsi;
  • Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
  • Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması və yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq addımların atılması;
  • Şirkət daxilində ehtiyac yarandıqca əməkdaşlarının məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçi kimi iştirak

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta
  • Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Rus dilinin biliyi, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi
  • Kompüter bilikləri: MS Office-əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.


İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox