Partnyorlarla iş şöbəsinin mütəxəssisi

Partnyorlarla iş şöbəsinin mütəxəssisi

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    07 iyun 2024

Bank Haqqında

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.

Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında:

Kapital Bankın Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin Partnyorlarla iş şöbəsinin fəaliyyətinin təkminləşməsi və dayanıqlı əlaqələrin qurulması üçün aktiv və ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Partnyorlarımıza və müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

  • Bizimlə işləməyin üstünlükləri:
  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər

  • Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin əməkdaşlığa cəlb olunması;
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
  • Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq Departamentlərlə işlərin qurulması;
  • Bankın taksit layihəsi üzrə əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi üzrə yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması;
  • Mövcud partnyorlarla işin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Taksit layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin aparılması;
  • Gördüyü işlərlə bağlı gündəlik / aylıq hesabatın hazırlanması.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Cəlbetmə və satış bacarığı;
  • Analitik düşüncə və qərarvermə qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı və stresə davamlı olması;
  • Məsuliyyətlilik, dürüstlük, operativlik və ünsiyyət qabiliyyəti.
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #78492

Kateqoriya Bank xidməti

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox