Marketinq Kommunikasiya meneceri

Marketinq Kommunikasiya meneceri

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    03 dekabr 2020

Rabitəbank” ASC Marketinq Departamentinə Marketinq Kommunikasiyaları Meneceri vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

- Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacını müəyyən etmək;

- Bankın effekli, cəlbedici reklam vasitələrinin yerləşdirilməsi, formatı və tərkibi barəsində təkliflər hazırlamaq;

- Bankın müxtəlif məhsul və xidmətləri üzrə reklam materiallarının dizayn konseptinin hazırlanmasında iştirak etmək;

- İllik Marketinq büdcəsinin hazırlanmasında və düzgün idarə olunmasına iştirak etmək;

- Rəhbərlik tərəfindən təsdiqlənmiş büdcəyə əsasən bankın illik reklam və kommunikasiya planının hazırlanmasında iştirak etmək və yüksək səviyyədə icrasını təmin etmək;

- Təsdiqlənmiş məhsul və xidmətlərin işə salınması üçün lazımı zəruri və təxirəsalınmaz işlərin görülməsini təmin etmək;

- Yeni məhsul və xidmətlər, filial şəbəkələrinin inkişafı və ya ixtisarı, müştəri şəbəkəsinin genişləndirilməsi və müştəri xidmətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;

- Filial şəbəkəsində korporativ standartların qorunub saxlanmasına nəzarəti təşkil etmək;

- Bankın struktur bölmələri tərəfindən təşkil olunan korporativ və digər tədbirlərin həyata keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək;

- Departamentin iş planının hazırlanmasında və onun icrasında birbaşa iştirak etmək;

- Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək;

- Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının həyata keçirilməsində iştirak etmək;

- Rübün sonunda aparılmış analizlərin nəticələrinə əsasən qeyri-effektiv reklam kanallarını müəyyənləşdirmək və nəticələrini növbəti rübün planı və İllik Marketinq Planı tərtib olunan zaman nəzərə almaq;

- Promo məhsulların sifarişi və o cümlədən filialların ümumi vizual görünüşü ilə bağlı kompleks işləri icra etmək;

- Marketinq kampaniyasının hazırlanması prosesində iştirak etmək.

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox