Panasami
Bakı,
Menecment
Razılaşma ilə
Tam ştat
22 oktyabr 2020
Vəzifə: Maliyyə meneceri-iqtisadçı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”
Dövlət Proqramı haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının icra istiqamətləri İdarəetmə Qrupunun fəaliyyəti, həmçinin beynəlxalq ikili diplom proqramlarının və Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili və maliyyələşdirilməsindən ibarətdir.
Vəzifə haqqında
Maliyyə meneceri-iqtisadçı vəzifəsinin icrası İdarəetmə Qrupunun fəaliyyətinin, həmçinin beynəlxalq ikili diplom proqramlarının və Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsindən ibarətdir.
Maliyyə meneceri-iqtisadçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə qəbul olunur və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbərinə hesabat verir.
Ümumi öhdəliklər:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi, maliyyə - iqtisadi təhlillərin aparılması;
- Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
- Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının və xaricdə doktorantura təhsilinin icrası və İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı büdcənin, gəlir və xərclər smetasının hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı maliyyə ili və növbəti illər üçün büdcə proqnozunun hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı İctimai Sektor üçün Mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun təşkili və aparılması;
- Dövlət Proqramının icrası ilə bağlı Büdcə sistemi haqqında Qanuna əsasən rüblük və illik hesabatların, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
- Dövlət Proqramına və DPİQ-ə aid olan aylıq, rüblük, illik bəyannamələrin və hesabatların (vergi, sosial sığorta, statistika və s.) hazırlanmasına nəzarət etmək;
- Maliyyə sənədlərinin yoxlanılmasında, ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
- Malların (iş və xidmətlərin) satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməklə müqavilələrin hazırlanması;
- DPİQ-ə daxil olan maliyyə xarakterli məktubların icrası;
İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.
Bu əməliyyatı etmək üçün daxil olun
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.