İşiniz nədən ibarətdir?
- Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrini müəyyənləşdirmək;
- Threat Intelligence aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək üçün etibarlı hesabat vermək; məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək;
- Analiz üçün məlumatların alınması və işlənməsi üçün informasiya emal texnologiyasından istifadə etmək;
- Təhdidlərin landşaftı haqqında proqnozlaşdırılmış təsəvvür yaratmaq üçün daxil olan Threat Intelligence məlumatlarının bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlil aparmaq;
- Threat Intelligence analizin əsasinda İnsidentlərə monitorinq və Cavab və digər biznes hissələri üçün xüsusi proaktiv tövsiyələri vermək;
- Potensial hücum vektorlarını müəyyənləşdirmək və təhdid axtarış skriptlərini, hipotezləri və əlaqəli test prosedurlarını inkişaf etdirmək üçün TI-dən giriş məlumatları ilə təhdid subyektlərinin profillərini və TTP-lərin anlayışını istifadə etmək;
- Bank daxilində müxtəlif vasitələrdən, imkan olduğu halda avtomatlaşdırmadan istifadə edərək potensial zərərli halları aşkar etmək üçün test proseduralarını işə salmaq;
- Növbəti addımlar üçün potensial təhlükəsizlik hallarını eskalasiya etmək;
- Qərarvermə ilə bağlı kömək etmək üçün təhdidlərin və təhdid subyektlərinin müəyyənləşdirilməsi kimi yeni texnikalar müəyyən etmək, inkişaf və tövsiyə etmək;
- Yeni komprometasiya göstəricilərini (IOCs) müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək;
- Təhlükəsizlik avadanlıqlarının siyasətinə dəyişiklik etməyi tövsiyə etmək;
- Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat təqdim etmək;
- Use Case hazırlanma növbəliliyini idarə etmək və onun prioritetliyini müəyyənləşdirmək;
- Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək;
- Use Case test tələblərini müəyyən etmək üçün L3 analitikləri ilə əməkdaşlıq etmək, SIEM qaydalarını müəyyən etmək üçün kömək etmək, Use Case-ləri tələb olunduğu kimi tənzimləmək və Use Case-lərin fəaliyyətə gətirilməsini təmin etmək;
- Use Case-lərə əsaslanaraq Playbook-ları hazırlamaq və təkmilləşdirmək üçün L3 analitikləri işə əməkdaşlıq etmək;
- Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək;
- Zəifliklərin idarə olunması platformalarına dəstək göstərmək;
- Bütün kritik texnoloji platformaların zəiflik taramasının səmərəli işini (tam əhatə dairəsini) təmin etmək;
- Təşkilatın sistemlərindəki bütün potensial zəiflikləri müəyyənləşdirmək üçün şəbəkədəki bütün sistemləri avtomatik olaraq taramaq üçün ən son Security Content Automation Protocol-a (SCAP) uyğun zəiflik tarama vasitəsindən istifadə etmək;
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Kiber təhlükəsizlik üzrə minimum 3 il iş təcrübəsi;
- Lisenziya / Sertifikat: Arzuolunandır - SANS sertifikatları (GSEC, GCIH, GCFA və s.), Systems Security Certified Practitioner (SSCP), Certified Ethical Hacker (CEH), CISSP, Offensive Security Certified Professional (OSCP) və digər kibertəhlükəsizlik üzrə əlaqəli sertifikatlar;
- Xarici dillər: İngilis(yaxşı),Rus dili(orta);
- Kompüter bilikləri:
- Threat Intelligence analiz vasitələri ilə təcrübə
- Bir və ya daha çox Threat Intelligence platformaları ilə təcrübə
- Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və zəka vendor portalları ilə təcrübə
- Cari kibertəhlükəsizlik təhdidlərinin landşaftı və onların birləşmiş TTP-ləri haqqında anlayış
- Müvafiq məlumat formatları üzrə biliklər (JSON, STIX və s.)
- Jurnal formatları üzrə biliklər
- Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış
- Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması
- Təhdid ssenarisinə əsaslanmış hücum modellərin hazırlanması, sistem əleyhinə hücum vektorlarının analiz edilməsi və hücum yol/müdaxiləsindən istifadə edərək boşluq imkanlarının müəyyən edilməsi bacarığı
- OWASP top 10 və WASC Threat Classification bilikləri
- Müxtəlif zəifliklərin skanerləri ilə təcrübə