Kateqoriya müdiri və Satınalma

Kateqoriya müdiri və Satınalma

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    1500 - 2000 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    03 oktyabr 2023

Vəzifə öhdəlikləri:

  • Hər ay bir növbəti ay və ya aylar üçün satış planını hazırlayıb təqdim etmək;
  • Məhsul siyasətini müəyyənləşdirmək, məhsul portfelindəki cari məhsul markalarının inkişaf strategiyasını müəyyənləşdirmək;
  • Ay ərzində satınalma müddəti keçmiş, qüsurlu malları müəyyənləşdirmək;
  • Rəqiblər üzrə aylıq/rüblük qiymət araşdırması həyata keçirmək;
  • Məhsulların topdan və pərakəndə satış qiymətlərini təyin etmək, marjinallığını müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq;
  • Marketinq aksiyaları üzrə qiymətləri müəyyən etmək  və Departament rəhbəri ilə razılaşdırmaq;
  • Bazarda yeni tələbat yaradacaq məhsullar üzrə araşdırma aparmaq;
  • Vendorlarla işgüzar danışıqlar aparmaq, eksklüziv şərtlər,  kredit müddətini razılaşdırmaq;
  • Mövcud tədarükçülərlə ticari münasibətləri inkişaf etdirmək, davamlı olaraq yeni tədarükçülər araşdırmaq, dəyərləndirmək və tədarükçü təklifləri  barədə Departament  rəhbərinə məlumat vermək;

Xüsusi tələblər:

  • Müvafiq sahə üzrə 3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
  • Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində Kateqoriya müdiri qeyd etməklə elektron ünvanına HR@ARZUMBEAUTY.COM göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox