İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin müdiri

İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin müdiri

Kapital Bank

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    24 dekabr 2024

Öhdəliklər:

  • Şöbənin işinə rəhbərlik edir və əməkdaşlar arasında iş bölgüsünü aparır
  • Şöbəyə aid olan mövcud təlimat və bankdaxili qaydaların səmərəliyini təhlil edir və onların təkmilləşdirilməsi üzrə təkliflər irəli sürür
  • Şöbənin işinə aid olan işlər barədə yeni rəy və təkliflər veir
  • Şöbənin müvafiq qayda və prosedurlarının hazırlanmasını təşkil edir
  • Şöbənin fəaliyyətinə daha effektiv üsulların tətbiq edilməsi üçün tədbirlər görür
  • Tabeçiliyində olan işçilərin iş fəaliyyətinə, səmərəliliyinə və əmək funksiyalarının düzgün icrasına nəzarət edir
  • Şöbə əməkdaşlarının iş fəaliyyəti ilə bağlı yönləndirməni həyata keçirir və həftəlik-aylıq iş planlarını hazırlayır
  • Şöbə daxilində kadr siyasətini həyata keçirir, əməkdaşların seçimi və eləcə də professional hazırlanmasında köməklik göstərir
  • Şöbənin fəaliyyəti ilə bağlı həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlayır
  • Birbaşa rəhbəri, İdarə Heyətinin sədri(Baş icraçı direktor) tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin, həmçinin komissiyaların qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili hüquqi aktlardan irəli gələn tapşırıq və sərəncamları “qanunun tələbləri çərçivəsində” icra edir
  • Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir
     
Tələblər:

  • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini yaxşı bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.
  • Azərbaycan Respublikasının vətəndaşısınız
  • MS Office, Exsel və İnternet resursları ilə işləmə bacarığınız yüksəkdir
  • Bankçılıq, korporativ ofislər, qonaqpərvərlik sektoru və ya müştəriyə yönümlü obyektlərin idarə edilməsi üzrə yüksək standartların tələb olunduğu digər sahələrdə ən azı 5 (beş) il iş təcrübəniz var
  • Əvvəlki karyeranızda, xüsusilə çoxsaylı obyektləri olan təşkilatlarda təmizlik işçiləri, texniki xidmət personalı və ya oxşar işçilərlə böyük komandalara rəhbərlik etmisiniz
  • Təmizlik xidmətləri üzrə təchizatçılar, podratçılar və təchizatçılarla iş təcrübəniz var, müqavilələrin, danışıqların və fəaliyyətlərin qiymətləndirilməsini bacarırsınız
  • Təmizlik ləvazimatlarının və avadanlıqlarının alınması, təchizatçı təkliflərinin qiymətləndirilməsi və satınalma siyasətinə riayət edilməsi üzrə təcrübəniz var
  • Təmizlik və obyekt standartlarının yüksək səviyyədə olduğu bank sektorunda iş təcrübəsi üstünlük hesab edilə bilər

Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox