İnsan resursları üzrə aparıcı mütəxəssis

İnsan resursları üzrə aparıcı mütəxəssis

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    31 yanvar 2024

Vəzifə: İnsan resursları  üzrə aparıcı mütəxəssis

Şirkətin təsviri:

166 EXPRESS MMC (166Cargo.az). Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən bağlamaların çatdırılması ilə məşğuldur.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində 2 ildən az olmayaraq peşəkar iş təcrübəsi 
  • AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
  • Sahə üzrə sertifikatlar üstünlükdür.
  • Yaş: 24-30 yaş arası;
  • Komanda daxilində işləmək bacarığı
  • Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
  • ƏMAS və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə aktivlik nümayiş etdirilməsi
  • Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
  • Operativ düşünmə və problemləri həll etmə bacarıqları
  • Zamanın düzgün şəkildə idarəolunması
  • Məsuliyyət, nizam-intizamlı olunması
  • Əmək haqqı - namizədin bilik və bacarığına görə təyin olunacaqdır

Vəzifə öhdəlikləri:

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • Strategiyasının formalaşdırılması, İnsan Resursları siyasətlərini, prosedurlarını , qanunları və standartları işçılərə izah olunması
  • Müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
  • İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
  • Cəmiyyət ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında işə qəbul prosesindən irəli gələn məsələlərdə koordinasiyanı təmin etmək
  • Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlımatlarının hazırlanması
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
  • Əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət
  • Aylıq hesabatların hazırlanması və təqdimatı
  • İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən (əmək, öz hesabına, sosial,təhsil) istifadəsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
  • Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,) 
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi;
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması; 
  • Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili 

İş şəraiti:

  • İş günləri: Həftənin altı günü. Bazar günü qeyri iş günü
  • İş vaxtı: həftə içi 10:00 – 19:00 , Şənbə  11:00 – 17:00
  • Ünvan : Bakı ş, Şeyx Şamil 16
  • Nahar vaxtı 30 dəqiqə

Tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə  narmin.g@166.az  elektron ünvanına göndərə bilərlər

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #77102

Kateqoriya İnsan resursları

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox