İnsan Resursları şöbəsinin Əmək haqqı üzrə Mütəxəssisi

İnsan Resursları şöbəsinin Əmək haqqı üzrə Mütəxəssisi

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    14 oktyabr 2024

Bu vəzifənin rolu müəssisənin əmək müqaviləsi ilə müəyyən edilmiş işçilərin gördüyü işə görə işəgötürən tərəfindən aylıq ödənişlərin, habelə işçilərə əlavələrin, mükafat və bonusların hesablanmasını və ödənişini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;
  • İşçilərin aylıq davamiyyətinin izlənilməsi və hesabatların hazırlanması;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması;
  • Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
  • İşçilərin əmək haqqlarının hesablanması və ödənilməsi;
  • Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
  • Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi;
  • Əmək haqqına dair müvafiq sorğuların həll edilməsi;
  • İşdən azad olunan əməkdaşların son haqq-hesabların aparılması;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
  • İR hesabatlar bazasının düzgün aparılması.

Tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsi üzrə);
  • Tələb olunan iş təcrübəsi: Əmək haqqı hesablanması və kadr kargüzarlığı üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • Xarici dillər: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə;
  • Kompüter bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında sərbəst istifadə bacarığı;
  • Məhsul üzrə biliklər: AR Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi, Vergi və əmək haqqı qanunları üzrə yüksək biliklər; Kadr kargüzarlığı haqqında biliyə malik olmalı; EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları;
  • Başqa tələblər: Minimum nəzarətlə effektiv işləmə bacarığı.
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox