İnnovasiya üzrə analitik (İnvestisiya istiqaməti)

İnnovasiya üzrə analitik (İnvestisiya istiqaməti)

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    18 may 2023

  • Vençur bizneslərin seçilməsi prosesinin (seçim qıfı) formalaşdırılmasında yüksək vəzifəli komanda üzvlərinə dəstək vermək;
  • İnvestisiyaların və portfel şirkətlərinin qiymətləndirilməsində əsas götürüləcək Vençur Kapitalı üzrə əsas prinsiplərin formalaşdırılmasında yüksək vəzifəli komanda üzvlərinə dəstək vermək;
  • Müxtəlif kanallar və tərəfdaşlıqlar vasitəsilə vençur bizneslərin/startapların cəlb edilməsi prosesini həyata keçirmək;
  • Potensial yeni investisiyalar üzrə sövdələşmələrin ilkin yoxlanılmasını və lazımi araşdırmasını (biznes təhlili, sənaye araşdırması, rəqabət mühiti, biznes/qiymətqoyma modeli və maliyyə modelləşdirməsi/sövdələşmə strukturu) aparmaq və analitik məlumatları investisiya komandası ilə bölüşmək;
  • İnvestisiya memorandumu və status hesabatları da daxil olmaqla, yazılı materiallar hazırlamaq;
  • Layihələrin idarə edilməsində və iş planlarının, nəticələrin və fəaliyyətlərin koordinasiyasında/hazırlanmasında yüksək vəzifəli komanda üzvlərinə dəstək vermək;
  • İnnovasiyalarla bağlı olan xarici və daxili maraqlı tərəflərlə görüşlər təşkil etmək və keçirmək, tələb olunduqda qeydlər aparmaq;
  • Sövdələşmə imkanı verən kanallar üzrə məlumat bazasını müntəzəm olaraq yeniləmək və layihə idarəetmə alətləri vasitəsilə əlaqədar tapşırıqların icrasını izləmək;
  • İnvestisiya qərarlarının təşviq edilməsi və şirkətin geniş korporativ əlaqələr şəbəkəsi ilə əlaqə yaradılması üçün bazar təhlilləri və təqdimatları hazırlamaq;
  • Tələb olunduqda müntəzəm olaraq tendensiya təhlillərinin və funksiya üzrə hesabatların hazırlanmasına dəstək vermək;
  • Yeni texnologiya radarlarını, texnologiyaya təsir profillərini hazırlamaq və inkişaf etməkdə olan müxtəlif texnologiya tendensiyaları, ekosistemlər və qabaqcıl təcrübələr haqqında Qrupun işçiləri üçün iki həftədən bir informativ xəbər bülletenləri və rüblük analitik hesabatlar təşkil etmək;
  • Biznes imkanlarını və sənayedə/bazarda yeni yaranan tendensiyaları tez və səmərəli şəkildə müəyyən etmək üçün texnologiyalar və biznes sahəsindəki ən son xəbərlərdən məlumatlı olmaq.
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #74136

Kateqoriya Digər

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox