Diamed Co MMC
Bakı,
İT mütəxəssisi / məsləhətçi
Razılaşma ilə
Tam ştat
12 avqust 2021
İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis
Şirkət : Azerconnect
Funksiya : Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Sentyabr 2021
Müqavilə müddəti : Daimi
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis Şirkətdəki məlumat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsas vasitəçi rolunu oynayır.
Həmçinin İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis informasiya sistemlərinin təhlükəsizlik planlarını biznes, strateji və əməliyyat planları ilə birləşdirmək səylərini əlaqələndirir.
Bu vəzifənin məqsədi davamlı şəbəkə monitorinqi, nəzarət parametrlərinin sınaqdan keçirilməsi və qrup üzvlərini ənənəvi və yeni yaranan təhdidlərlə yanaşı ən yaxşı təcrübələr barədə maarifləndirmə yolu ilə Şirkət üçün şəbəkə təhlükəsizliyinin qorunmasına kömək etməkdir.
İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:
* Şirkət məlumatlarının və şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq hüquqi tələblərə uyğun olaraq lazımi tədbir və prosedurları tədbiq etmək;
* Layihələrin planlaması, nəzarəti və icrası zamanı İnformasiya Təhlükəsizliyinin nəzərə alınması;
* Yerli və beynəlxalq tənzimləmələrə əsasən məlumatların təhlükəsizliyi və məxfiliyini təmin etmək;
* Şəbəkə və məlumatların şirkətin təhlükəsizlik siyasətinə uyğunluğunu təmin etmək;
* İnformasiya Təhlükəsizliyi ilə bağlı maarifləndirmə fəaliyyətini həyata keçirmək;
* İnformasiya Təhlükəsizliyi ilə bağlı insidentləri idarə etmək və daxili və xarici araşdırmalara dəstək olmaq;
* Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən etmək və onların təhlükəsizlik konsepsiyasına müvafiq icrasını təmin etmək;
* Yeni xidmətlər və məhsullara dair məlumat/texniki/fiziki/aktivlərin təhlükəsizliyinə nəzarət etmək;
* 3-cü tərəf şirkətlərlə olan əməkdaşlığa dair təhlükəsizlik yoxlamaları aparmaq, İT/Şəbəkə məhsullarının təchizatçıları ilə olan müqavilələrin İKT təhlükəsizliyinə uyğunluğunu nəzərdən keçirmək;
* Məxfi informasiyanın mümkün olan sızma kanallarını aşkar etmək və aradan qaldırmaq.
İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.
Bu əməliyyatı etmək üçün daxil olun
Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.