Hüquq Departamentinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsində aparıcı/baş hüquqşünas

Hüquq Departamentinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsində aparıcı/baş hüquqşünas

ATB Bank

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    16 dekabr 2024

Təsvir:

  • Bank fəaliyyəti sahəsində normativ metodoloji bazanın yaradılması və inkişaf etdirilməsində iştirak etmək, normayaradıcılıq fəaliyyətinin koordinasiyası və hüquqi təminatını həyata keçirmək, qanunvericilik üzrə məlumat bazasını genişləndirmək və bu bazanın səmərəli istifadəsini təmin etmək, daxili normativ sənədlərin qanunvericiliyin tələbinə uyğun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək;
  • Hüquq kolliziyalarının aradan qaldırılması barədə təkliflər hazırlamaq və müvafiq layihələrin hazırlanmasında iştirak etmək, mövcud normativ bazanın vaxtaşırı inventarizasiyasını aparmaq, həmin məsələlərə dair qüvvədə olan normativ xarakterli aktlarına əlavə və dəyişikliklərin edilməsini təmin etmək, hüquqi qüvvəsini və əhəmiyyətini itirmiş normativ xarakterli aktların ləğv edilməsi barədə aidiyyəti struktur bölmələri ilə birgə təkliflər hazırlamaq;
  • Bankın müxtəlif təşkilatlarla və xarici partnyorlarla bağladığı müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Bankda hazırlanan qərar, əmr, sərəncam, saziş və hüquqi xarakterli digər sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu əvvəlcədən yoxlamaq, hüquqi ekspertizanı həyata keçirmək və zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək;
  • Banka daxil olan normativ hüquqi aktların layihələrinə müstəqil və ya digər struktur bölmələri ilə birgə rəy hazırlamaq;

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Hüquqşünas ixtisası üzrə təcrübənin olması, xüsusən bank təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan dilində səlis danışma, yazma bacarığı (xarici dili arzuolunandır);
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Komandada işləyə bilmək bacarığı;
  • Stresə davamlılıq.
Şikayət et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox