Hostess

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Restoran işi

  • Maaş

    500 - 800 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    23 oktyabr 2023

VƏZİFƏ TƏLİMATI

Qonaq qarşılayan (Hostess)

 

Vəzifələri: 

  • İş növbəsi başlamazdan on beş dəqiqə əvvəl işə gəlmək. Qonaq qarşılayan əsasən giriş qapısına yaxın olmalıdır.
  • Şirkət standartına uyğun,səliqəli, yuyulmuş və ütülənmiş forma geyinmək və daha sonra işə başlamaq. Hər bir qonaq qarşılayanın üzərində şirkət standartlarına uyğun təyin edilmiş döş nişanı olmalıdır.
  • Sifariş jurnalında olan məlumatları yoxlamaq və bron (öncədən sifariş) edilmiş sifarişlərin müddətini təyin etmək və zalda müvafiq dəyişikliklər etmək.
  • Masaların düzülüşünə,təmizliyinə və menyuların yerində olmasına nəzarət etmək.
  • Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə köməklik göstərmək.
  • Müştəri məmnuniyyətini ölçmək məqsədi ilə müştərilərə yaxınlaşaraq elektron sorğuları doldurmaq.
  • Zalda olan ümumi vəziyyətə nəzarət etmək.
  • Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı zamanlarında ofisiantlara köməklik göstərmək.
  • Qonaqlar ilə və ya zalda yaranan  problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək.
  • Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün məlumat vermək.
  • Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları dəqiq və düzgün şəkildə aparmaq.
  • Menyu haqqında məlumatlı olmaq, ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək.
  • Masaların nömrələri və yerləşməsini bilmək.
  • Sosial şəbəkələrdə reklam üçün çəkilişlərdə Marketinq şöbəsini dəstəkləmək.
  • İşlədiyi restoranın və şirkətin imicini qorumalıdır. İşinə vicdanla və diqqətlə yanaşmalı, şirkətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır.
  • Hazırkı sənəddə qeyd olunmamış digər tələb olunan zəruri işlərin icra edilməsi.

 

Bilməlidir:

  • Elektron sorğu sistemini bilmək.
  • Restoran rəhbərliyinin gündəlik tapşırıqlarını və maksimum iş yükü qabiliyyətini bilmək.
  • Menyular və masalar haqqında dəqiq məlumata sahib olmaq.
  • Qonaqların narazılığını dərhal həll etmək və menecerə məlumat vermək.
  • Telefonlara standartlara uyğun cavab vermək və rezervasiyaları etmək.
  • Hər hansı bir fövqəladə vəziyyətdə və ya təhlükəsizlik vəziyyətində düzgün davranışı bilmək.
  • İşgüzar ünsiyyət etikası.

 

Məsuliyyəti:

  • Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır.
  • Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, müəssisəni ndirektorunun əmr və sərəncamalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
  • Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi ilə ona  təqdim olunmuş inventara görə məsuliyyət daşıyır.
  • Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.

 

Vəzifə tələbləri

  • Təhsil: Orta və ya orta ixtisas
  • İş stajı: Ən azı 1-3 il
  • Dil biliyi: Azərbaycan (Səviyyə - Əla)
  • Digər tələblər: Xarici dil bilmək mütləqdir.
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox