Əməliyyat Risklərinin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssis

Əməliyyat Risklərinin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssis

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    19 oktyabr 2024

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması DepartamentindəƏməliyyat Risklərin İdarəolunması üzrə kiçik mütəxəssis/mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR:

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə bakalavr təhsili;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

TƏCRÜBƏ:

  • Ümumilikdə əlaqəli sahədə 3 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

BACARIQLAR:

  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 18.11.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox