Beynəlxalq əlaqələr üzrə mütəxəssis

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

Sığorta

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Digər

  • Maaş

    500 - 600 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    15 dekabr 2020

Azərbaycan Sahibkarlar Konfederasiyası “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” vakansiyasını elan edir!

Əsas vəzifə öhdəlikləri

  • Şöbənin ümumi işinə dəstək olmaq;
  • Şöbənin kargüzarlıq və tərcümə işlərini yerinə yetirmək;
  • ASK maraqları naminə xarici ölkələrdəki Biznesə Dəstək Təşkilatları (BDT) və digər qurumlarla əməkdaşlıq əlaqələrini yaratmaq və inkişaf etdirmək üçün araşdırma işində aktiv iştirak etmək;
  • ASK-nın xarici ölkələrdəki rəsmi nümayəndələri şəbəkəsini genişləndirmək və bu nümayəndələr ilə koordinasiyanı və əməkdaşlıq əlaqələrini genişləndirilməsi prosesinə dəstək olmaq;
  • ASK üzvlərinin biznes sahəsində bilik və bacarıqlarının, səriştələrinin artırılması məqsədilə onların həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq təlimlərdə iştirakını təmin etmək prosesinə dəstək olmaq;
  • Müvafiq beynəlxalq layihələr, seminarlar, konfranslar, treninqlər, sərgi, biznes forumlarda və s. tədbirlərdə ASK-nın üzv təşkilatlarının iştirakını təşviq və təmin etmək prosesində aktiv iştirak etmək;   
  • AR-da özəl sektorun beynəlxalq əlaqələri və biznesin inkişafına yönəlmiş beynəlxalq əhəmiyyətli layihə, proqram və digər məsələlərdə ASK adından iştirak etmək və konfederasiya üzvlərinə yeni xidmətlərin göstərilməsi prosesinə dəstək olmaq;  
  • AR-da fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin iqtisadi, sosial, konsulluq və humanitar məsələlərə cavabdeh personalı ilə ASK maraqları naminə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirilməsi prosesində aktiv iştirak etmək;
  • ASK üzvlərinə xarici ölkələrdə biznes tərəfdaşlarının tapılması, əlverişli investisiya layihələrinin əldə edilməsi, ixracatın genişləndirilməsi və bu istiqamətdə digər xidmətlərin göstərilməsinə dəstək olmaq prosesində aktiv iştirak etmək;
  • “ASK Biznes Konsaltinq” MMC-yə (ASK-BK MMC) beynəlxalq əlaqələr və biznesin inkişafı məsələlərində əməli dəstək vermək;
  • ASK maraqları naminə xarici ölkələrdəki özəl sektor nümayəndələrinin AR-da biznesinin qurulması və inkişafına dəstək vermək prosesində aktiv iştirak etmək;
  • Şöbəyə daxil olan yazılı və ya şifahi sorğu və müraciətləri şöbə müdiri ilə məsləhətləşib icrasına çalışmaq;
  • Şöbəyə daxil olan sənəd və ya elektron məktublar şöbə müdirinə bildirilib icrası üçün təlimatlar almaq və icra edilmiş işin nəticələrini arayışlar və ya yazılı sənəd formasında hazırlayıb qovluqlarda arxivləşdirmək.

Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox