Baş Pizzaçı

Baş Pizzaçı

Hasme Store

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Restoran işi

  • Maaş

    800 - 900 AZN

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    27 iyun 2024

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

Pizza Mizza MMC ailəsi olaraq, restoranlarımızın mətbəx əməliyyatlarına dəstək verəcək Baş Pizzaçı axtarırıq. Baş Pizzaçı, Pizza Mizza kulinariya standartlarının qorunmasını təmin edəcək: (pizzaların yüksək keyfiyyətdə və vaxtında hazırlanması, porsiyaların düzgün olması və xidmət edilməsi). Həmçinin, Baş Pizzaçı mətbəxin gigiyena və qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin edəcəkdir.

İş barədə məlumat:

  • Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Pizzaların, sendviçlərin, salatların, qəlyanaltıların və pastaların hazırlanması
  • Sifarişin standarta uyğun vaxtında hazırlanması
  • Məhsulların yararlılıq müddətinə və keyfiyyətinə nəzarət edir
  • Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını həyata keçirir
  • Gün ərzində standartlar əsasında xəmirin kündələnməsini, tərəvəzlərin doğranılması həyata keçirir
  • Mətbəx avadanlıqlarının təmizliyini həyata keçirir
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Namizədə tələblər:

  • Müvafiq sahədə (Pizzaçı, Baş pizzaçı) 1-3 il təcrübə mütləqdir
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı
  • Məsuliyyətli, təmizkar, punktual olmalı

İş şəraiti:

  • Mehriban və gənc kollektiv
  • Karyera yüksəlişi imkanı
  • 6 günlük
  • Nahar və forma şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 850 azn
  • Əlavə iş saatı ödənişi

İş yeri:

  • Bakı şəhəri
  • Sumqayıt şəhəri
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #78908

Kateqoriya Restoran işi

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox