Baş məhsul sahibi

Baş məhsul sahibi

Diamed Co MMC

  • Şəhər

    Bakı,

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam ştat

  • Yerləşmə tarixi

    05 dekabr 2022

  • Data Ofisində Baş məhsul sahibi qismində siz, çoxsaylı analitik tətbiq vasitələrinin strategiyasına və icrasına rəhbərlik edəcəksiniz. Siz həmçinin, məhsulun layihələndirilməsi qrupunun tərkibində çalışacaq, lakin Biznes, Mühəndislik, Məlumatların işlənməsi və Dəyişiklik funksiyaları arasında üfüqi istiqamətdə kollektiv əməkdaşlıq əlaqəsini təmin edən şəxs olacaqsınız;
  • Bu, real biznes mənfəətinin təmin olunmasına məsuliyyət daşıyan data analitiklərindən və data üzrə mütəxəssislərdən ibarət qrupa cavabdeh olan rəhbər vəzifədir. Bu, yüksək səviyyəli vəzifədir, siz təşkilat boyu (C səviyyəsinədək) biznes rəhbərləri və tərəfdaşları ilə əməkdaşlıq edəcək, qeyd edilən vəzifədə müvəffəqiyyətli olmaq üçün daha çox maliyyə sahəsinə üstünlük verilməklə, qrupa rəhbərlik, məhsul üzrə təmsilçilik və analitika təcrübəsinə ehtiyac duyacaqsınız;
  • Sizin Agile idarəetmə tipli təşkilatda əvvəlki iş təcrübənizin olması, məhsulun idarə olunması ilə əlaqədar məsələləri dərindən anlamağınız, analitiklərdən, konkret mövzu üzrə ekspertlərdən, sistem arxitektorlarından və data analitiklərindən ibarət Agile icra qrupuna rəhbərlik etmək, onu inkişaf etdirmək və ilhamlandırmaq bacarığınızın olması tələb ediləcək;
  • Siz biznes istifadəçilərinin əsas motivasiyalarını başa düşmək üçün qeyd edilən tələblərdən kənara çıxan marağa və stimula malik olmalısınız. Siz biznes dəyərini artıran əsl müştəri mərkəzli məhsulların işlənib hazırlanmasında yüksək həvəs nümayiş etdirməlisiniz. Siz məhsulunuzla qürur duymalı, onun barəsində hərtərəfli bilik toplamalısınız. Siz məhsulunuzun insani timsalı olmalı, onun komponentlərini nümayiş etdirən demo variantları işə salmağı bacarmalı, rəyləri toplamalı və əlavə tələbləri müəyyən etməlisiniz. İşlərini daha səmərəli və qənaətbəxş şəkildə yerinə yetirməkdə məhsulunuzun müştərilərə göstərə biləcəyi yardımı başa düşmək üçün onlar ilə müzakirələr aparmalısınız. Siz məhsulun faydasını əyani şəkildə nümayiş etdirmək və dəstək qazanmaq üçün demo variantı yuxarı vəzifəli maraqlı tərəflərə də nümayiş etdirməlisiniz;
  • Siz innovasiya tərəfdarı olmalı və yeni texnologiyaların tətbiqinə və yeni icra metodlarına həvəslə yanaşmalısınız. Siz sənayedə təmayüllərin öyrənilməsinə vaxt ayırmalı, digər məhsul qrupları ilə əlaqə yaratmalı və məhsul üzrə yol xəritəsinin hazırlanmasında onların qeydlərini nəzərə almalısınız;
Şikayət et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #72183

Kateqoriya Digər

İş rejimi Tam ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az iş elanları və karyera imkanları sahəsində liderlərdən biridir. Bizimlə Bakıda və bölgələrdə iş axtarışını asanlaşdırın. Saytımızda ödənişsiz CV yerləşdirə, iş elanlarını axtara, onlara müraciət edə, maraqlı təkliflərə CV göndərə və işəgötürənlərlə söhbət edə bilərsiniz.

Daha çox